AVRASİYA KLİNİKASI - "Avropa tərəqqisi - Asiya ənənəsi!". Ünvan: Bakı ş., Azadlıq pr. 189. Tel/Faks: (+994 12) 563 00 14; 563 00 24: 563 00 25
|
XƏBƏRLƏR BÖLMƏSİ:
Xidmətlərimiz haqqında:
Reklam:
|
![]() ![]() Dr. Teoman Doğan 1968-ci ildə Stokholmda anadan olmuş, Galatasaray litseyini bitirdikdən sonra Mərmərə Universitetinin tibb fakültəsinə daxil olmuşdur. TUS imtahanında dərəcə ilə girdiyi plastik cərrahiyyə ixtisasını yenə eyni universitetdə oxumuşdur. Universitet illərində Berlində Humbolt xəstəxanasında qısa bir staj keçmişdir. Tibb diplomunu ABŞ-da qəbul etdirmək üçün ECFMG imtahanlarından müvəffəqiyyətlə keçmiş, USMLE sertifikatını almışdır. San Fransiskoda Dr. Bunckenin yanında mikrocərrahiyyə təhsili (research fellowship). Asistanlığı vaxtında mikrocərrahiyyənin atası sayılan Dr. Bunckenin yanına, San Fransiskoya getmiş, mikrocərrahiyyə təhsilini bu klinikada tamamlamışdır. San Fransiskoda aldığı cərrahiyyə təhsili ilə birlikdə saysız elmi işlər görmüş və bu işləri ən məşhur mətbu orqanlarda yayınlanmışdır. Universitetde anatomiya ixtisası üzrə müəllimlik təcrübəsi. İxtisas sırasında anatomiya çalışmalarına daha çox yer verdi və Mərmərə Universitetində anatomiya ixtisası üzrə müəllimlik etdi. Beləcə həm tibbin təməli olan anatomiyada akademik kariyeraya başlamış oldu, həm də anatomiya bilgisini ən üst zirvəyə çıxararaq cərrahiyyə texnikasını inkişaf etdirmə şansı qazandı. 2002-ci ildən sonra Maltəpə və Kadir Has Universitetlərində ingilscə anatomiya dərsi verdi. Dr. Doğan hələ də anatomiya çərçivəsində akademik işlərinə davam etməkdədir. Elmi araşdırmaları. 30-dan artıq beynəlxalq elmi məqalənin müəllifidir. İlk beynəlxalq məqaləsini asistanlığının ilk ilində yazdı. Cərrahiyyə təhsili vaxtında saysız mikrocərrahiyyə, əl və rekonstruksiya əməliyyatı etdi. İşlətdiyi hər texnikanı inkişaf etdirməyə çalışdı. Bir çox klinik işlər gördü və bunları beynəlxalq məqalə olaraq yayınladı. İxtisasını dünyanın ən çox yayın və araşdırmaya sahib asistanlarından biri olaraq bitirdi. Harvard və Nyu Yorkdakı çalışmaları. Baş vurduğu Harvard və Nyu York Universiteti kimi bir çox amerikan universitetinden dəvət aldı. 2002 ilində endoskopik kosmetik cərrahiyyənin qurucusu Dr. Ramirezlə birlikdə çalışdı. Clevelandda çalışmaları. Clevelandda estetik burun əməliyyatlarında dünyanın ən yaxşılarından sayılan Dr. Guyuorun yanına oldu. Burada bir çox estetik əməliyyatlaras qatıldı, xüsusəndə burun əməliyyatlarında ən son gedişatları incələdi. Eyni zamanda Dr. Guyuorun yeni bir texnik olan miqrenin endoskopik cərrahiyyə ilə müayinəsi üzərində çalışdı. Çalışma həyatı. İxtisası sonrasında Acıbadəm Xəstəxanasında işə başladı. Bu xəstəxanada iki il çalışdı, saysız estetik və rekonstruktiv əməliyyat etdi. Klinikamızda Dr. TEOMAN DOĞAN tərəfindən edilən plastik-estetik əməliyyatların siyahısı: - Üz və boyun dərisinin çəkilməsi - Sap ilə üz dərisinin çəkilməsi - Dermobraziya (üz dərisinin hamarlanması) - Blefaroplastika (göz qapaqlarının əməliyyatı) - Qaşların qaldırılması - Rinoplastika (burunda aparılan əməliyyatlar) - Qulaq seyvanının korreksiyası - Çənə sümüyü üzərində aparılan əməliyyatlar - Dodaq və damaq qüsurlarının əməliyyatı (dovşandodaq və qurdağızlıq) - Dolğu, botoks - Liposaksiya - Qarın dərisinin çəkilməsi - Döş üzərində aparılan əməliyyatlar (kiçiltmə, böyütmə və dikləşdirmə) - Cinsi orqanların plastik-estetik əməliyyatları - Anadan gəlmə qüsurların korreksiyası - Əl cərrahiyyəsi - Saç əkilmə
6 Iyul 2010
Baxılıb:501
| Daxili axtarış
Maraqlı səhifələr
|
|
(c) 2009 Viola MMC. Design by Oktay. mailto: designer@avrasiya.az |
|---|